Newmix club logo
    • Əsas səhifə
    • Programlar
    • Yeniliklər

    Php təlim kursu - Birləştirmə və fərqli yöntəmlə hesablama - Dərs #6

    Php təlim kursu - Birləştirmə və fərqli yöntəmlə hesablama - Dərs #6 5313
    Kategoriya: php



    PHP təlim kursunun 6-cı dərsində birləşdirmə və fərqli yöntəmlə hesablamanı öyrənəcəyik. Bundan əvvəlki dərsimizdə Phpdə hesablamının riyazi qaydasını öyrənmişdik. Bu dəfə isə hesablamanı fərqli bir yöntəmlə edəcəyik. İlk öncə isə birləşdirmədə danışmaq istərdim.

    PHP də dəyişkənlərə verdiyimiz dəyəri və ya normal olaraq yazdığımız dəyərləri birləşdirmək üçün "."(nöktə) dən istifadə olunur. Misal olaraq aşağıdakı kimi göstərə bilərik. 

     

    <?php
    
    $ad = Ayxan;
    $soyad = Qasımzadə;
    
    echo $ad.$soyad;
    
    Ekranda görünən  - AyxanQasımzadə
    
     ?>

     

    Diqqətinizi çəkdisə burada ad və soyad bir birinə bitişik bir formada yazıldı. Bunun qarşısını almaq və yazının dahada dzgün görülməsi üçün aşağıdakı kimi edə bilərik.

     

    <?php
    
    $ad = Ayxan;
    $soyad = Qasımzadə;
    
    echo $ad." ".$soyad;
    
    Ekranda görünən  - Ayxan Qasımzadə
    
     ?>

     

    Nümunədə göstəriləni izah etməyə başlayaq. Biz iki dyişkən yaradaraq o dəyişkənlərə dəyər verdik. Sonra isə onları birləşdirmək üçün nöktədən istifadə edərək ad və soyadı birləşdirdik. Lakin ad və soyad birbaşa birləşdiyi üçün yazı formatı pozuldu. Onun üçün də string ifadə ilə (burada data tipləri ilə tanış ola bilərsiniz) iki dırnaq arasında bir boşluq buraxdıq. Bununlada ad və soyad düzgün bir formada göründü. ad soyad və boşluğu bir birinə birləşdirmək üçün isə boşluğun iki tərəfindədə nöktələr yerləşdirdik. Bu o demək olur ki, əgər yazıda dəyişkən və string ifadə varsa onları bir birinə iki tərəfdəndə nöktə ilə birləşdirmək lazımdır. 

     

    Fərqli hesablama yöntəmi.

     

    Bundan əvvəlki dərsimizdə PHP də riyazi hesablamalar haqqında danışmışdıq. Aşağıda qeyd olunan nümunələr və qaydalar ilə isə fərqli hesablama yöntəmlərini gözdən keçirəcəyik. 

     

    <?php
    
    $say = 5;
    $say += 10;
    
    echo $say1;
    
    Ekranda görünən - 15
    
    ?>

     

    Yuxarıda yer alan nümunəni izah edək.

    Bir dəyişkən yaratdıq və ona 5 dəyərini verdik. Aşğıda eyni dəyişkənə 10 dəyərini verdik. Əvvəlki dərslərimizdə qeyd etmişdik ki, əgər bir dəyişkəndən sonra eyni dəyişkənə ikinci fərqli bir dəyər versək və onu ekrana yazdırsaq program 2-ci verilən dəyəri oxuyacaq. Çünki phpdə kodlar yuxarıdan aşağı olaraq oxunur. Ancaq burada biz eyni dəyişkənə ikinci bir dəyəri += olaraq verdik. Bu o deməkdir ki, dəyişkənə verilən ilk dəyəri yadda saxla, ikinci verilən dəyəri üzərinə gələrək ekrana yaz. Ona görədə yuxarıda verilən nümunədə ekrana yazma 15 olaraq nəticə göstərdi. Bunu toplama, bölmə, çıxma , vurma və faiz olaraqda göstərə bilərik ki, bunlardıda aşağıda göstərilən nümunələr ilə etmək mümkündür.

     

    += Topla

    -= Çıx

    /= Böl

    *= Vur

    %= Fazini üstünə gəl

     

    Yuxarıda göstərilən nümunələr ilə özünüz php faylında işləyə bilərsiniz. 

    Yaranan suallarınızı və ya çətinliklərinizi commentlərdən bizə bildirin.


    0 Comment

    Comment Yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

    Maraqlı ola bilər

    Php təlim kursu - Qarşılaşdırma əməliyyatları - Dərs #8

    5679

    Php təlim kursu - Hesablama əməliyyatları - Dərs #5

    5559

    Php təlim kursu - Sorğular - switch - case anlayışı - Dərs #10

    5515

    Php təlim kursu - Sorğular - if və else - Dərs #9

    5465

    Php təlim kursu - Artırma və Azaltma əməliyyatları - Dərs #7

    5350

    Php təlim kursu - Dəyişkənlər - Dərs #2

    5173

    Php təlim kursu - Data type (PHP'də data tipləri) #3

    5093

    Php təlim kursu - Php haqqında məlumat - Dərs #1

    5024

    Php təlim kursu - Sabit Dəyişkənlər və define(); funksiyası - Dərs #4

    5024




      Kategoriyalar
    • Blogger
    • Proqramlar
    • Facebook
    • Instagram
    • Pinterest
    • Pul qazanmaq
    • CMD kodları
    • Youtube
    • Kiber güvənlik
    • Domain-hosting
    • Hack
    • Digər
    • Tumblr
    • HTML
    • Windows
    • PHP


    • Ən çox oxunanlar
    • 0'dan HTML5 Dərsləri - HTML nədir? Dərs #2
    • 0'dan 100'ya Pinterest təlim kursu. Kateqoriya seçimi Dərs #7
    • Blogger - Widget mobildə göstərmək və ya gizləmək
    • Link-tl (PUBİZA) pul qazanma