Newmix club logo
    • Əsas səhifə
    • Programlar
    • Yeniliklər

    Php təlim kursu - Dəyişkənlər - Dərs #2

    Php təlim kursu - Dəyişkənlər - Dərs #2 5175
    Kategoriya: php



    Dəyişkənlər nədir və nə işə yarayır?

    Dəyişkənlər işimizi rahatladan, yazı sətrlərini qısaldan, prosesləri asanlaşdıran bir php özəlliyidir. Dəişkənlər aşağıdakı kimi yazılır.

     

    $sayt = “Newmix.club”

     

    Yuxarıda göstərilən örnəkdə sayt adında bir dəyişkən mövcuddur. Buu dəyişkənin dəyəri Newmix.club’dur. Biz hər hansısa bir yerdə(php teqləri daxilində) artıq Newmix.club yox

    <?php echo $sayt ?>

     yazsaq alacağımız nəticə dəyişkənə verdiyimiz dəyər yəni, Newmix.club olacaq. Yuxarıda göstərilən örnəkdə dəyişkənə verilən dəyərin yəni, Newmix.club sözünün dırnaqlar içərisində yazıldığını görürük. Bu dəyişkənə verilən dəyərin string ifadə olduğunu bildirir. Dəyişkənlərə 7 cür dəyər verilə bilər, bu dərsdə yanlız String və integer tiplərindən danışacağıq. Həriflərdən əmələ gələn bütün cümlələr sözlər phpdə string olaraq tanınır. Stringlər qoşa dırnaq içərisində yazılır. İnteger ifadələr isə rəqəmlərdən ibarət olur və dırnaq içərisində yazılmasına ehtiyac yoxdur.

     

    Nümunə:

     

    <?php
    
    $sayt = “Newmix.club”;
    
    $rəqəm = 5;
    
    ?>

     

    Adındanda bilindiyi kimi dəyişkənlər fərqli fərqli yerlərdə fərqli dəyərlər ala bilərlər. Bilindiyi kimi phpdə kodlar yuxarıda aşağı oxunduğu üçün. Kodun üstündə bir dəyişkənə verdiyimiz dəyər kod ortasında fərqli bir dəyərə dönə bilər.

    Nümunə:

     

    <?php
    
    $sayt = “Newmix.club”;
    
    $sayt = “Youtube.com”;
    
    ?>

    Yuxarıda göstərilən nümunə üzərindən getsək, İlk başda olan $sayt dəyişkənini ekrana yazırmalı olsaq, Newmix.club olaraq çıxacaqdır.

     

    Nümunə:

    <?php
    
    $sayt = “Newmix.club”;
    
    echo $sayt;
    
    nəticə: Newmix.club
    
    ?>

     

    Kodları ard-arda yazsaq və eyni dəyişkəni iki dəfə ekrana yazdırsaq

     

    <?php
    
    $sayt = “Newmix.club”;
    
    echo $sayt;
    
    nəticə: Newmix.club
    
    $sayt = “Youtube.com”;
    
    echo $sayt;
    
    nəticə: Youtube.com
    
    ?>

     

    Göstərilən nümunəyə əsasən deyə bilərik ki, Dəyişkənlər eyni kod içində eyni fayl içində saysız olaraq fərqli dəyərlər ala bilər. Dəyişkənləri ekrana yazdırmaq üçün PHP nin ekrana yazdırma funksiyası olan echo dan istifadə edirik. Ekrana yazdırmaq üçün string ifadələrdə qoşa dırnaqları istifadə etsəkdə, dəyişkənləri ekrana yazdırmaq üçün dırnaqlardan istifadə olunması vacib deyildir.

     

    Dəyişkənləri öyrənmək və yazmaq üçün 5 maddə vardır ki bu maddələr ilə aşağıda tanış ola bilərsiniz.

     

    1. $ işarəsi ilə başlayar.
    2. Yanlız Hərf və ya _(altdan xətt) ilə başlaya bilər
    3. Daxilində və ya başlanğıcında latın hərfləri  ilə başlaya bilər
    4. Böyük və Kiçik hərf fəqrləri mövcuddur.
    5. Rəqəm ilə başlaya bilməz.

     

    İndi isə göstərilən 5 maddə üçün misallar göstərək.

     

    İlk maddə də dəyişkənlərin $ ilə başladığı deyilir. Yəni PHP’də gördüyümüz $ işarəsi ilə başlayan sözlər dəyişkənlərdir. Dəyişkənlərin adlarını özümüz təyin edirik.

    İkinci maddə də dəyişkənlərin yanlız Hərf və ya _(altdan xətt) ilə başladığı deyilir təni biz heç bir zaman dəyişkənləri $.new , $-new , $[new , $”new” , $2new , 2_new  olaraq yaza bilmərik və yanlız altdan xətt və ya hərflə başlada bilərik.

    3-cü maddədə dəyişkənlərin daxilində və başlanğıcında latın həriflərindən istifadə oluna biləcəyi deyilir. Yəni dəyişkənlərin adlarında sərbəst olaraq ş,ç,ə və sayr kimi hərflər işlədə bilərik.

    4Cü maddədə böyük və kiçik hərf fərqləri mövcuddur deyilir. Yəni yazdığımız $sayt dəyişkəni ilə $Sayt dəyişkəni fərqli dəyişkənlərdir.

    5ci maddə isə bir daha 2-ci maddəni təstiqləyir ki, Dəyişkənlər yanlız hərf və ya altdan xətt ilə başlaya bilər. Dəyişkənləri $521 olaraq yaza bilmərik.

     

    Dəyişkənlər haqqında ümumi məlumat bu qədər, əlavə sual və ya təkliflərinizi bizə commentlərdə bildirin)


    0 Comment

    Comment Yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

    Maraqlı ola bilər

    Php təlim kursu - Qarşılaşdırma əməliyyatları - Dərs #8

    5679

    Php təlim kursu - Hesablama əməliyyatları - Dərs #5

    5560

    Php təlim kursu - Sorğular - switch - case anlayışı - Dərs #10

    5517

    Php təlim kursu - Sorğular - if və else - Dərs #9

    5465

    Php təlim kursu - Artırma və Azaltma əməliyyatları - Dərs #7

    5352

    Php təlim kursu - Birləştirmə və fərqli yöntəmlə hesablama - Dərs #6

    5315

    Php təlim kursu - Data type (PHP'də data tipləri) #3

    5094

    Php təlim kursu - Sabit Dəyişkənlər və define(); funksiyası - Dərs #4

    5025

    Php təlim kursu - Php haqqında məlumat - Dərs #1

    5024




      Kategoriyalar
    • Blogger
    • Proqramlar
    • Facebook
    • Instagram
    • Pinterest
    • Pul qazanmaq
    • CMD kodları
    • Youtube
    • Kiber güvənlik
    • Domain-hosting
    • Hack
    • Digər
    • Tumblr
    • HTML
    • Windows
    • PHP


    • Ən çox oxunanlar
    • 0'dan HTML5 Dərsləri - HTML nədir? Dərs #2
    • 0'dan 100'ya Pinterest təlim kursu. Kateqoriya seçimi Dərs #7
    • Blogger - Widget mobildə göstərmək və ya gizləmək
    • Link-tl (PUBİZA) pul qazanma