Newmix club logo
    • Əsas səhifə
    • Programlar
    • Yeniliklər

    Php təlim kursu - Php haqqında məlumat - Dərs #1

    Php təlim kursu - Php haqqında məlumat - Dərs #1 5024
    Kategoriya: php



    Salam dəyərli NewMixClub izləyiciləri. Bu gündən sizlərlə PHP dərslərinə başlayırıq. Uzun bir kurs olacaq. Təxminən 150-200 arası hissəli dərslər olacağını planlaşdırıram ki, bu dərslərdən sonra tam olaraq PHPni öyrənmiş olacağıq. Başlayaq ilk dərsimizə php haqqında ümumi məlumatlar.

     

    Nədir php?

     

    Php 100/100 proqramlama dilidir. Lakin php ilə yanlız Web proqram yazıla bilər ki, bununda açıqlamasını tam olaraq verəcəm.

     

    Php kodlarını yazmaq üçün php teglərindən istifadə olunur

     

    <?php ?>

     

    Php kodlarını yazmaq üçün xammp və ya bir serverə ehtiyacınız var. Php kodlarını bir başa olaraq komputerdə chrome üzərindən işə salmaq mümkün deyildir. Php faylının sonluğu .php olaraq bitir. Sonluğu .php olmayan heç bir faylda php kodlarını işlədə bilməzsiniz. Html kodları ilə iç-içə, lakin php teglərinin açılıb bağlanılması ilə istifadə edilə bilər ki, bunuda sorğular dərsində tam olaraq aydınlaşdıracağıq. Php yüzlərlə işimizi rahatlaşdıran funksiyalardan ibarətdir, özünüzdə istəyə uyğun olaraq funksiyalar yaza bilərsiniz. Funksiyalar ümumi olaraq işimizi rahatlarşmaq, onlarla sətr olan kodu bir dəfə yazaraq bir cümlə ilə yüzlərlə yerdə işlətmək üçün istifadə edilir. Php də ekrana bir söz və ya rəqəm say yazdırmaq üçün echo açar sözündən istifadə olunur. Echo nun istifadəsi aşağıdakı kimidir.

     

    <?php 
    echo "salam";
    ?>

    Yuxarıdakı nümunəyə baxsaq echodan sonra qoşa dırnaqlar qoyulub ortada isə ekranda görmək istədiyimiz ifadə yazılıb. Bunu bu formada açıqlaya bilərik.

     

    PHP'də ifadələr

     

    Php də 7-cür ifadə vardır. ən çox işlənən 2 ifadədən yəni Numeral və string ifadələrdən danışacağıq. İnteger ifadələr rəqəmlərdir. String ifadələr isə yuxarıdakı nümunədə olduğu kimi, bir kəlmə sözdür və ya cümlədir, qısaca deək rəqəmdən başqa demək olar ki hər bir ifadə string ifadədir. String ifadələr işlənərkən mütləq qoşa dırnaqlar qoyulmalıdır. əks halda faylımız işə düşməz. İnteger ifadələrin işlənilməsində isə dırnaqların istifadə olunmasına ehtiyac yoxdur. Əgər ki biz eyni zamanda həm İnteger həmdə string ifadə işlədəcəyik, onda bu cümlədə qoşa dırnaqlar arasında yazılmalıdır.

    Phpdə yazılan kodların hər birinin sonuna nöktəli vergül ( ; ) qoyulmalıdır. Əks halda faylımız işləməyə bilər. Çünki php yazılan od sətrinin bitib bitmədiyini anlamadığı üçün bütün kodları eyni anda oxuyur. Həmin zaman kodlar qarışdığı və phpdə o formada bir kod olmadığı üçün fayl xəta verir. Php də kodlar yuxardan aşağı oxunur. Yəni sizin ilk yazdığınız kod ilk olaraq oxunacaq, sonra isə müəyyən olunmuş qayda ilə davam edəcəkdir.

    PHP haqqında ümumi məlumat bu qədər dir, növbəti dərslərdə phpni daha dərindən öyrənəcəyik.


    0 Comment

    Comment Yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin

    Maraqlı ola bilər

    Php təlim kursu - Qarşılaşdırma əməliyyatları - Dərs #8

    5679

    Php təlim kursu - Hesablama əməliyyatları - Dərs #5

    5560

    Php təlim kursu - Sorğular - switch - case anlayışı - Dərs #10

    5517

    Php təlim kursu - Sorğular - if və else - Dərs #9

    5465

    Php təlim kursu - Artırma və Azaltma əməliyyatları - Dərs #7

    5352

    Php təlim kursu - Birləştirmə və fərqli yöntəmlə hesablama - Dərs #6

    5315

    Php təlim kursu - Dəyişkənlər - Dərs #2

    5176

    Php təlim kursu - Data type (PHP'də data tipləri) #3

    5094

    Php təlim kursu - Sabit Dəyişkənlər və define(); funksiyası - Dərs #4

    5026




      Kategoriyalar
    • Blogger
    • Proqramlar
    • Facebook
    • Instagram
    • Pinterest
    • Pul qazanmaq
    • CMD kodları
    • Youtube
    • Kiber güvənlik
    • Domain-hosting
    • Hack
    • Digər
    • Tumblr
    • HTML
    • Windows
    • PHP


    • Ən çox oxunanlar
    • 0'dan HTML5 Dərsləri - HTML nədir? Dərs #2
    • 0'dan 100'ya Pinterest təlim kursu. Kateqoriya seçimi Dərs #7
    • Blogger - Widget mobildə göstərmək və ya gizləmək
    • Link-tl (PUBİZA) pul qazanma